"Liverpul"la müqaviləsi başa çatan İbrahima Konate klubdan ayrılıb.

Matc.az xəbər verir ki, bu barədə fransalı müdafiəçi özü məlumat verib.

Konate Premyer Liqa nəhəngi ilə yeni sözləşmə imzalamayıb. 27 yaşlı mərkəz müdafiəçisi azad agent statusu ilə klubu tərk edib.

Qeyd edək ki, İbrahima Konate 2021-ci ilin yayından "Liverpul"da çıxış edirdi. Fransa millisinin üzvü ötən mövsüm Mersisayd təmsilçisinin heyətində keçirdiyi 51 oyunda 2 qol vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest