20 May 2026, 20:36
FUTBOL
"Liverpul"un cinah oyunçusu Məhəmməd Salah sosial media hesabında "Enfild"dən şəkil paylaşıb.
Matc.az xəbər verir ki, mayın 24-də baş tutacaq Premyer Liqanın 38-ci turunda "Brentford"la qarşılaşma misirli futbolçu üçün "Liverpul"da sonuncu oyunu ola bilər.
Xatrıladaq ki, Salah mövsümün sonunda klubdan ayrılacaqğını açıqlayıb.
33 yaşı hücumçu 2017-ci ildən "Liverpul"da oynayır. bu müddət ərzində o, bütün turnirlərdə 440 oyunda meydana çıxıb, 257 qol vurub və 122 məhsuldar ötürmə edib. Onun klubla hazırkı müqaviləsi 2027-ci ilin yayına qədərdir.







_1779297927.jpg)

_1779296332.jpg)



