Avropa Futbol Assosiasiyaları Birliyi (UEFA) 2028-ci il Avropa Çempionatından sonra keçiriləcək seçmə mərhələnin strukturunda dəyişiklik edib.
Matc.az xəbər verir ki, mərhələ iki liqadan ibarət olacaq.
Güclülər dəstəsi 36 komandadan, digərləri isə 18 və ya 19 komandadan ibarət olacaq. 1-ci Liqada hər qrupdan ən yaxşı komandalar Avropa Çempionatına və ya dünya çempionatına vəsiqə qazanacaq, qalan yerlər isə 2-ci Liqanın ən yaxşı komandalarını da əhatə edəcək pley-off sistemi vasitəsilə bölüşdürüləcək.
Konsepsiya növbəti bir neçə ay ərzində daha da təkmilləşdiriləcək. Hər milli komanda ümumilikdə 6 oyun keçirəcək.
Dünya çempionatı və Avropa Çempionatına ev sahibliyi edənlər birbaşa yarışın əsas mərhələsinə vəsiqə qazanacaqlar, lakin Millətlər Liqasına vəsiqə qazanmaq üçün növbəti seçmə turnirdə iştirak edəcəklər. 2028/2029 mövsümündən başlayaraq Millətlər Liqası hər biri 18 komandadan ibarət 3 liqadan ibarət olacaq.






_1779297927.jpg)

_1779296332.jpg)




