“Xankəndi” qızıl, “Qaradağ Lökbatan” gümüş, “Quba” bürünc medal qazanıb.

II Liqada 2025/26 mövsümünün mükafatçıları müəyyənləşib.

Matc.az xəbər verir ki, “Xankəndi” qızıl, “Qaradağ Lökbatan” gümüş, “Quba” bürünc medal qazanıb.

Hər üç komanda tarixində ilk dəfə mükafatçılar sırasına düşüb. Uzun fasilədən sonra 2023-cü ildə bərpa olunan II Liqa ardıcıl 3-cü dəfə PFL-in bayrağı altında təşkil olunub.

Baş tutan üç mövsüm ərzində yalnız bir komanda – “Şahdağ Qusar” iki dəfə “üçlük”də yer alıb. Əvvəlki iki mövsümdə mükafat qazanan 5 komandanın hamısı cari çempionatda I Liqada mübarizə aparır.

Mövsüm I yer II yer III yer
2023/24 Baku Sportinq Cəbrayıl Şahdağ Qusar
2024/25 Şahdağ Qusar Şəfa Şimal
2025/26 Xankəndi Qaradağ Lökbatan Quba

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest