20 May 2026, 15:35
FUTBOL
"Real"ın yarımmüdafiəçisi Eduardo Kamavinqa karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.
Matc.az xəbər verir ki, bu barədə insayder Yağız Sabuncuoğlu məlumat yayıb.
"Qalatasaray" fransalı futbolçunun xidmətində maraqlıdır. İstanbul nəhəngi hələ ki 23 yaşlı oyunçu üçün İspaniya klubuna təklif göndərməsə də, artıq transfer imkanlarını araşdırmağa başlayıb.
Qeyd edək ki, Eduardo Kamavinqa bu mövsüm "Real"ın heyətində bütün turnirlərdə keçirdiyi 43 oyunda 2 qol vurub, 1 qol ötürməsi edib.













