Niderlandın milli komandası dünya çempionatına ciddi itki ilə yollana bilər.

Matc.az xəbər verir ki, Memfis Depayın mundialda iştirak etməmək ehtimalı var.

"Korintians"ın hücumçusu martın sonunda bud əzələsindən zədə alıb. 32 yaşlı futbolçu o vaxtdan bəri heç bir matçda iştirak etməyib.

​Bundan əlavə, Niderland mediasının əldə etdiyi məlumata görə, zədəli sağ ayağı ilə yanaşı, Depay sol ayağında da narahatlıq və ağrılar hiss etməyə başlayıb. Bu isə onun yaxın vaxtlarda sağala biləcəyi ilə bağlı sualları daha da artırır.

Baş məşqçi Ronald Kuman yığmanın DÇ-2026 üçün yekun heyətini növbəti həftə açıqlayacaq.

​Qeyd edək ki, Niderland millisi dünya çempionatının qrup mərhələsində iyunun 14-də Yaponiya, 20-də İsveç, 26-da isə Tunis yığması ilə qarşılaşacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest