20 May 2026, 12:57
FUTBOL
"Atletiko" müdafiə xəttini yeni oyunçu ilə gücləndirməyi planlaşdırır.
Matc.az xəbər verir ki, Madrid təmsilçisinin əsas hədəfi "Çelsi"də çıxış edən Mark Kukurelyadır. Bu barədə "Marca" nəşri məlumat yayıb.
La Liqa nəhənginin baş məşqisi Dieqo Simeone ispaniyalı futbolçunu komandasında görmək istəyir. "Atletiko" 27 yaşlı sol cinah müdafiəçisini yayda transfer etməyə çalışacaq.
Qeyd edək ki, İspaniya millisinin üzvü olan Mark Kukurelya bu mövsüm "Çelsi"nin heyətində bütün turnirlərdə keçirdiyi 49 oyunda 1 qol vurub, 4 qol ötürməsi edib.










_1692366642.jpg)


