20 May 2026, 12:20
FUTBOL
"Fənərbaxça"nın müdafiəçisi Yigit Efe Demir karyerasını Fransada davam etdirə bilər.
Matc.az xəbər verir ki, bu barədə jurnalist Ahmet Ercanlar məlumat yayıb.
"Lion" və "Renn" türkiyəli futbolçunu transfer etmək istəyir. Hər iki klub 21 yaşlı mərkəz müdafiəçisi üçün İstanbul nəhəngi ilə danışıqlara başlamağı planlaşdırır.
Qeyd edək ki, Yigit Efe Demir 2020-ci ilin yayında "Fənərbaxça"nın akademiyasına qoşulub. Gənc oyunçu başa çatan mövsümdə komandanın heyətində 26 oyunda meydana çıxıb.










_1692366642.jpg)


