​"Bavariya" "İnter"in müdafiəçisi Yann Bisseklə yaxından maraqlanır.

Matc.az xəbər verir ki, bu barədə "Sportitalia" məlumat yayıb.

​25 yaşlı futbolçu Milan təmsilçisinin heyətində üçüncü mövsümünü keçirir və komandanın əsas oyunçularından biridir. Bissek 2025/26 mövsümündə "İnter"in həm A Seriyasını, həm də İtaliya Kubokunu qazanaraq "qızıl dubl" etməsinə kömək edib.

​Almaniyalı mərkəz müdafiəçisi cari mövsümdə bütün turnirlər daxil olmaqla 35 oyuna çıxıb, bu qarşılaşmalarda 3 qol vurub və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
​Bissekin "İnter"lə hazırkı müqaviləsi 30 iyun 2029-cu ilə qədər qüvvədədir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest