20 May 2026, 10:43
FUTBOL
"Barselona"nın futbolçusu Fermin Lopes əməliyyat olunub.
Matc.az xəbər verir ki, bu barədə Kataloniya təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
İspaniyalı hücumameyilli sağ ayaq barmağı əməliyyat uğurlu keçib. Lopes təxminən 6 həftə yaşıl meydanlardan uzaq qalacaq. Bu isə onun iyunda başlayacaq dünya çempionatında iştirak etməyəcəyi deməkdir.
Qeyd edək ki, Fermin Lopes bu mövsüm "Barselona"nın heyətində keçirdiyi 48 oyunda 13 qol vurub, 17 qol ötürməsi edib.











_1692366642.jpg)

