"Sauthempton" futbol klubu casusluq səbəbindən Premyer Liqaya yüksəlmək üçün keçiriləcək pley-offun finalından kənarlaşdırılıb.
Matc.az xəbər verir ki, bu barədə məlumatı jurnalist Rob Harris paylaşıb.
"Sauthempton" mayın 23-də "Uembli" stadionunda "Hall Siti" ilə qarşılaşmalı idi. Qalib gələn komanda isə gələn mövsüm Premyer Liqaya yüksələcəkdi.
"Sauthempton" nümayəndələrinin pley-off yarımfinallarından əvvəl "Midlsbro", eləcə də dekabrda "Oksford" və apreldə "İpsviç"lə çempionat oyunlarından əvvəl komandaların məşqlərini gizli şəkildə izlədikləri bildirilir. "Sauthempton" gələn mövsüm İngiltərə ikinci divizionunda, 4 xal geridə olmaq şərti ilə mübarizə aparacaq.
İngiltərə Premyer Liqasına yüksəlmək uğrunda matçda "Hall Siti" mayın 23-də, pley-offun yarımfinalında "Sauthempton" komandasına məğlub olan (0:0, 1:2) "Midlsbro" ilə qarşılaşacaq.













