"Benfika" Joze Mourinyonu əvəz edəcək iki namizədi müəyyən edib.
Matc.az xəbər verir ki, bu barədə məlumatı insayder Nikolo Şira paylaşıb.
Bunlar "Fulhem"in baş məşqçisi Marko Silva və "Mançester Yunayted"in keçmiş baş məşqçisi Ruben Amorimdir.
Amorim yanvar ayında "Mançester Yunayted"in baş məşqçisi vəzifəsindən ayrılıb. O, 2024-cü ilin noyabr ayından bəri bu vəzifədə çalışıb və komandanı 2025-ci ilin may ayında Bilbaoda keçirilən UEFA Avropa Liqasının finalına çıxarıb.
"Fulhem"in baş məşqçisi Marko Silvanın isə klubu ilə 2026-cı ilin yayına qədər olan mövcud müqaviləsi var.
Qeyd edək, "Benfika" Trubinin rəhbərliyi altında Portuqaliya çempionatının 34-cü turunda "Eştoril"i (3:1) üzərində qələbə qazansa da, turnir cədvəlində üçüncü yeri tutaraq Çempionlar Liqasında oynamaq şansını itirib.













