"Borussiya"nın baş məşqçisi Niko Kovaç komandanın növbəti mövsümdə Bundesliqada çempionluq mübarizəsindəki perspektivlərini şərh edib.
Matc.az xəbər verir ki, xorvatiyalı mütəxəssis maliyyə imkanları və heyətin dərinliyindəki fərq səbəbindən Dortmund təmsilçisinin "Bavariya" ilə ciddi rəqabət aparmasının çətin olacağını deyib:
"Anlayıram ki, bizdən daha yüksək, daha sürətli inkişaf gözləyirlər. Lakin gələn il "Bavariya"ya meydan oxuya biləcəyimizi gözləməyə dəyməz. Vəziyyəti realist qiymətləndirməyə üstünlük verirəm. "Bavariya"nın daha sanballı büdcəsi və daha keyfiyyətli heyəti var".
Qeyd edək ki, 2025/2026 mövsümündə dortmundlular Bundesliqada "Bavariya"dan 16 xal geri qalaraq turnir cədvəlini ikinci sırada tamamlayıblar.



_1779196900.jpg)









