19 May 2026, 12:45
FUTBOL
"Napoli"nin baş məşqçisi Antonio Konte gələcəyi ilə bağlı qərarını verib.
Matc.az xəbər verir ki, italiyalı mütəxəssis Neapol təmsilçisindən ayrılacaq. Bu barədə "Il Mattino" nəşri məlumat yayıb.
56 yaşlı çalışdırıcı mövsüm başa çatdıqdan sonra klubu tərk edəcək.
Qeyd eədk ki, Antonio Konte 2024-cü ilin yayında "Napoli"nin baş məşqçisi təyin olunub. Komanda onun rəhbərliyi altında ötən mövsüm İtaliya çempionu olub.


_1779196900.jpg)










