"Mançester Siti" mövsümün sonunda klubdan ayrılacağı gözlənilən Pep Qvardiolaya əvəzləyici tapıb.

Matc.az xəbər verir ki, Premyer Liqa nəhəngi Entso Mareska ilə anlaşıb. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

"Şəhərlilər" italiyalı mütəxəssislə razılıq əldə edib. 46 yaşlı çalışdırıcı ilə 3 illik müqavilə imzalanacaq.

Qeyd edək ki, Entso Mareskanın son iş yeri "Çelsi" olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest