"İnter"in kapitanı Lautaro Martines gələcəyi ilə bağlı danışıb.

Matc.az xəbər verir ki, "La Gazzette dello Sport"a danışan argentinalı  hücumçu karyerası ərzində yalnız Milan təmsilçisində oynamaq istədiyini deyib:

"Karyeramı "İnter"də bitirmək istəyirəm. Burada çox xoşbəxtəm. Başqa yerdə oynadığımı düşünə bilmirəm. Məni qovmasalar,hər zaman "İnter"də qalacağam".

Qeyd edək ki, Lautaro Martines 2018-ci ilin yayından "İnter"də çıxış edir. 28 yaşlı forvard bu mövsüm komandanın heyətində keçirdiyi 40 oyunda 22 qol vurub, 6 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest