"Arsenal"ın baş məşqçisi Mikel Arteta bu gün "Bornmut"un ən sadiq azarkeşinə çevriləcəyini etiraf edib.
Matc.az xəbər verir ki, onun komandası Premyer Liqada uzun müddətdir gözlənilən çempionluğun bir addımlığındadır və əsas rəqibin oyununun nəticəsi həlledici ola bilər.
"Arsenal" ötən gün "Bernli" üzərində 1:0 hesablı qələbə qazanıb. İlk hissədə qələbə qolunu Kay Haverts öz aktivinə yazdırıb.
Bu gün isə "topçular"ın əsas rəqibi olan "Mançester Siti" "Bornmut"la üz-üzə gələcək. Pep Qvardiolanın komandası xal itirsə, "Arsenal"ın çempionluğu rəsmiləşəcək. Buna görə də Arteta "Bornmut"u dəstəkləyəcəyini deyib:
"Tarixin ən böyük "Bornmut" azarkeşi olacağam. Düşünürəm ki, hazırda hamımız "Bornmut" azarkeşiyik, çünki bunun nə demək olduğunu yaxşı bilirik. Elə bilirdim ki, saçlarım heç vaxt tökülməyəcək. Məşqçilik işi onlardan dözümlülük tələb edir. Oyuna nə qədər baxacağımı bilmirəm. Amma televizorun qarşısında olacağam. Matçı ailəmlə birlikdə izləməyi planlaşdırırdım. Nə qədər tab gətirəcəyimi dəqiq deyə bilmərəm".







_1779145636.jpg)
.jpg_1779145414.jpeg)




