II Liqada 2025/2026 mövsümünün qalibi məlum olub.

Matc.az xəbər verir ki, sonuncu turda "Şəmkir"i məğlub edən "Xankəndi" xallarını 76-ya yüksəlib və çempion olub. Zaur Hacıyevin rəhbərlik etdiyi kollektiv növbəti mövsümdə I Liqada mübarizə aparacaq.

"Qaradağ Lökbatan" mövsümün 2-ci pillədə başa vurub. Qəsəbə təmsilçisi I Liqada 9-cu yeri tutan komanda ilə pley-off matçı keçirəcək.

II Liqa, XXVII tur

18 may

"Şirvan" - "Qaradağ Lökbatan" 2:2
Qollar:
E.Xəlilov, 23, 75 - İ.Əliyev, 31, A.Mikayılov, 90+5 ((pen)

"Şəmkir" - "Xankəndi" 0:1
Qol:
E.Nəsibov, 4
Qırmızı vərəqə: B.Teymurov, 49 ("Xankəndi")

"Quba" - "Dinamo" 3:1
Qollar:
B.Köçərli, 47, V.Cəfərov, 77, 86 - Y.Qarayev, 65
Qırmızı vərəqə: E.Cahangirli, 67 ("Dinamo")

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest