18 May 2026, 17:25
FUTBOL
"Barselona" baş məşqçi Hans Flikin müqaviləsinin müdətini uzadıb.
Matc.az xəbər verir ki, bu barədə Kataloniya təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Almaniyalı mütəxəssislə 2028-ci ilin 30 iyun tarixinə kimi nəzərdə tutulan sözəşmə imzalanıb.
Qeyd edək ki, Hans Flik 2024-cü ilin yayından "Barselona"ya rəhbərlik edir. 61 yaşlı məşqçi komandaya ardıcıl iki mövsüm La Liqada çempionluq qazandırıb.











_1779107343.jpg)

