"Beşiktaş" baş məşqçi Sergen Yalçınla yollarını ayırıb.

Matc.az xəbər verir ki, bu barədə "TRT Spor" televiziyası məlumat yayıb.

53 yaşlı mütəxəssisin 2027-ci ilin yayında başa çatmalı olan müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib.

Qeyd edək ki, Sergen Yalçın 2025-ci ilin avqustunda "Beşiktaş"ın baş məşqçisi vəzifəsinə təyin olunmuşdu. İstanbul təmsilçisi Super Liqada mövsümü 60 xalla 4-cü pillədə başa vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest