Futbol üzrə Ukrayna milli komandasının yeni baş məşqçisi məlum olub.

Matc.az xəbər verir ki, yığmanı Andrea Maldera çalışdıracaq. Bu barədə yerli federasiyanın mətbuat xidməti məlumat yayıb.

İtaliyalı mütəxəssislə 2028-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.

Qeyd edək ki, Andrea Malderanın son iş yeri "Marsel" olub. 55 yaşlı çalışdırıcı Fransa təmsilçisində köməkçi məşqçi vəzifəsini icra edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest