"Barselona" İspaniya La Liqasının XXXVII turunda "Kamp Nou"da "Betis"i 3:1 hesabı ilə məğlub edib.
Matc.az xəbər verir ki, Kataloniya təmsilçisi bu qələbə ilə rekorda imza atıb. Bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.
Hans Flikin rəhbərllik etdiyi kollektiv ölkə çempionatında evdə keçirdiyi qarşılaşmaların hamısında qalib gəlib. "Barselona" La Liqa tarixində bir mövsümdə bütün ev oyunlarında qələbə qazanan ilk komanda olub.
Komanda doğma divarlar arasında keçirdiyi 19 qarşılaşmanın hamısında qələbə sevinci yaşayıb. "Göy-qırmızılılar" bu matçlarda 57 qol vurub, qapılarında isə cəmi 10 qol görüblər.
Səfər oyunlarında beş məğlubiyyət almasına baxmayaraq, "Barselona" mövsümün başa çatmasına üç tur qalmış çempionluğunu vaxtından əvvəl təmin edib.


_1779107343.jpg)





_1779100904.jpg)




