Niderland Erediviziyasında 2025/26 mövsümü yekunlaşıb.

Matc.az xəbər verir ki, bu mövsüm PSV-nin mütləq dominantlığı sayəsində Niderland futbolunun tarixinə düşüb.

Eyndhoven təmsilçisi çempionatı ən yaxın izləyicisi ilə xal fərqinə görə Niderland elitası tarixinin rekord göstəricisini müəyyənləşdirib. ​PSV 84 xal toplayaraq mövsümün başa çatmasına beş tur qalmış çempionluğunu təmin edib. Mövsümü 65 xalla tamamlayan "Feyenoord" isə gümüş medallara sahib çıxıb.

​Beləliklə, birinci və ikinci yerlər arasındakı fərq 19 xal təşkil edib ki, bu da Erediviziyada yeni rekorddur.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest