"Çelsi"nin yeni baş məşqçisi Xabi Alonso təyinatı barədə danışıb.
Matc.az xəbər verir ki, London klubu ilə 4 illik müqavilə imzalayan ispan mütəxəssis komandada işləməyin onun üçün böyük şərəf olduğunu vurğulayıb.
"Çelsi" dünya futbolunun ən böyük klublarından biridir və mən belə bir möhtəşəm klubun baş məşqçisi vəzifəsini öz üzərimə götürdüyüm üçün son dərəcə qürur duyuram.
Klub sahibləri və rəhbərliyi ilə söhbətlərimdən aydın olur ki, biz eyni ambisiyaları bölüşürük. Biz ən yüksək səviyyədə ardıcıl çıxış edə bilən və kuboklar uğrunda mübarizə apara bilən bir komanda qurmaq istəyirik.
Komandada çoxlu istedadlı oyunçu var və bu futbol klubunun böyük potensialı var. Ona rəhbərlik etmək mənim üçün böyük şərəf olacaq. İndi ən vacib məqam əzmkar və kuboklar qazanmaqdır", - deyə Alonso klubun mətbuat xidmətinə açıqlamasında bildirib.












