"Roma" və Fransa millisinin yarımmüdafiəçisi Manu Kone karyerasını İspaniya La Liqasında davam etdirə bilər.

Matc.az xəbər verir ki, bu barədə məlumatı Matteo Moretto paylaşıb.

Bildirilir ki, Manu Konenin xidmətləri "Atletiko"ya vasitəçilər tərəfindən təklif olunub. Yarımmüdafiəçinin "Roma" üçün əhəmiyyətinə baxmayaraq, İtaliya klubu maliyyə feyr-play tələblərinə cavab vermək üçün 30 iyun tarixinə qədər oyunçunu satmaq məcburiyyətindədir.

Kone ilə "İnter" də maraqlanır. "Roma" ötən yay yarımmüdafiəçini İtaliya çempionuna satmaqdan imtina etmişdi, lakin mövcud iqtisadi vəziyyət paytaxt klubunu güzəştə getməyə məcbur edir.

Bu mövsüm Kone "Roma"da bütün yarışlarda 36 oyunda 2 qol vurub və 3 məhsuldar ötürmə edib. Onun müqaviləsi 2029-cu ilin yayına qədərdir və transfer dəyəri 50 milyon avro olaraq qiymətləndirilir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest