Almaniya II Bundesliqa klubu "Karlsruher"in 19 yaşlı hücumçusu Lu Ben Fərhat 2026-cı il dünya çempionatı üçün Tunis millisinin heyətinə daxil edilməyib.

Matc.az xəbər verir ki, bu barədə "Foot Africa" məlumat yayıb.

Bildirilir ki, buna səbəb oyunçunun atasının dəvətə icazə verməməsi etməsi olub.

Tunisin baş məşqçisi Sabri Lamouçi turnir üçün heyətini açıqlayarkən Ben Fərhatın adı siyahıda yer almayıb. Lamouçi bildirib ki, o, istedadlı hücumçunu çağırmağı planlaşdırıb, lakin oyunçunun atası buna etiraz edib.

"Lou Ben Fərhatın atasından telefon zəngi aldım. O, oğlunun heyətə daxil edilməsi üçün hələ tez olduğunu bildirdi və dəvəti rədd etdi. Mən şoka düşdüm. Luenin özünə zəng etdim, cavab vermədi. Atasına yenidən zəng etdim, o da cavab vermədi. Bu hörmətsizlikdir. Məsələ bağlanıb", - deyə Lamouçi açıqlayıb.

Ata öz qərarını iki arqumentlə əsaslandırıb: oğlunun turnirə hələ hazır olmadığı və dünya çempionatında iştirakın onun transfer bazarındakı dəyərinə mənfi təsir edə biləcəyi.

Bu mövsüm Ben Fərhat II Bundesliqa çempionatında "Karlsruher" formasında 19 oyuna çıxaraq 6 qol vurub. Mart ayında isə o, Türkiyə millisinə qarşı iki yoldaşlıq oyununda iştirak edərək beynəlxalq karyerasına start verib.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest