17 May 2026, 10:20
FUTBOL
"Rasinq" 14 il sonra yenidən La Liqada mübarizə aparacaq.
Matc.az xəbər verir ki, komanda İspaniya II La Liqasının 40-cı turunda "Real Valyadolid" üzərində 4:1 hesablı qələbə qazanaraq La Liqaya vəsiqəni təmin edib.
"Rasinq" 40 oyundan sonra 78 xalla turnir cədvəlinə başçılıq edir. Onlar sona 2 tur qalmış "Deportivo" və "Almeria"dan 7 xal qabaqdadır. Son 2 turun nəticələrində asılı olmayaraq, "Rasinq" ikinci yerdən aşağı düşməyəcək və gələn mövsümdən mübarizəni La Liqada davam etdirəcək.













