"Bavariya"nın qolkiperi Manuel Noyer Almaniya millisində karyerasını bərpa edəcək və 2026-cı il dünya çempionatında komandanın əsas qapıçısı olacaq.

Matc.az xəbər verir ki, bu barədə jurnalist Florian Plettenberq məlumat yayıb.

Bildirilir ki, Noyer artıq baş məşqçi Yulian Nagelsmann və milli komandanın idman direktoru Rudi Voller ilə razılığa gəlib.

Əgər gözlənilməz bir hadisə baş verməsə və onun "Köln"ə qarşı 60-cı dəqiqədə əvəzlənməsi ciddi nəticələrə səbəb olmazsa, 40 yaşlı Noyerin DÇ-2026 üçün Almaniya millisinə əsas qapıçı kimi qayıtması gözlənilir.

Xatırladaq ki, Noyer 21 avqust 2024-cü ildə milli komandadakı karyerasını başa vurmuşdu.

Almaniya millsinin dünya çempionatı üçün yekun heyəti mayın 21-də açıqlanacaq.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest