"Real"ın müdafiəçisi və kapitanı Daniel Karvaxal mövsümün sonunda klubdan azad agent kimi ayrılacaq.

Matc.az xəbər verir ki, bu barədə "The Athletic" məlumat yayıb.

34 yaşlı futbolçu Madrid klubunun müqaviləsini yeniləməmək qərarından xəbərdardır.

Qeyd edək ki, Karvaxal "Real"ın gənclər sisteminin yetirməsidir. Müdafiəçi Madrid klubunda bütün yarışlarda 449 oyunda meydana çıxıb, 14 qol vurub və 65 məhsuldar ötürmə edib. Karvaxal klubla 6 Çempionlar Liqası və 4 La Liqa çempionluğunu qazanıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest