16 May 2026, 15:52
FUTBOL
"Real"a baş məşqçisi təyin olunmağa yaxın olan "Benfika"nın baş məşqçisi Joze Mourinyo "Kral Klubu"nda baş verən hər şeydən, o cümlədən komandanın soyunma otağındakı problemlərdən xəbərdardır. Lakin portuqaliyalı mütəxəssis ən çox Kilian Mbappenin son günlərdəki davranışından təəccüblənib.
Matc.az xəbər verir ki, bu barədə AS nəşri məlumat yayıb.
Bildirilir ki, "Real" ilə əlaqələrini açıq şəkildə inkar etsə də, Mourinyo 3 həftədir ki, İspaniya nəhəngi ilə danışıqlar aparır.
Qeyd edək ki, daha əvvəl mediada fransız futbolçunun bud əzələsindən aldığı zədədən sağalarkən sevgilisi ilə İtaliyaya səyahət etmək qərarına görə "Real" daxilində tənqidlərlə üzləşdiyi bildirilir.













