"İldən-ilə futbolçular üçün hər şey daha yaxşı olmalıdır ki, nəticələr də yaxşı olsun".
Bu gün Misli Premyer Liqasında XXXII tur çərçivəsində "Kəpəz" səfərdə "Araz-Naxçıvan"a 2:0 hesabı ilə məğlub olub.
Matc.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında Gəncə klubunun baş məşqçisi Azər Bağırov jurnalistlərin suallarını cavablandırıb:
- Qarşımıza qoyulan minimum hədəfə çatdığımız üçün bu gün rotasiyalar etdik. "Araz-Naxçıvan"ı təbrik edirəm, onlara uğurlar arzulayıram.
- Futbolçuları "Neftçi" ilə oyuna necə motivasiya edəcəksiz?
- Hər oyunda motivasiyamız var. Sadəcə olaraq bu gün mövsüm ərzində az oynayan futbolçulara şans verdik. Motivasiya vermək çətin olmayacaq. Düşünürəm ki, oyunçular "Neftçi" ilə matça yaxşı köklənəcəklər.
- Həmin oyunda da gənclərə şans verməyi düşünürsüz?
- Onu zaman göstərəcək. Azarkeşlərimizin qarşısında yaxşı oyun göstərəcəyimizi düşünürəm.
-Yeni rəhbərlik "Kəpəz"ə hansı yeniliklər gətirib?
- Bəzi şeylər keçən ilə baxanda daha yaxşıdır. Hər birinə böyük hörmətim var. Hər şeyi zaman göstərəcək. İldən-ilə futbolçular üçün hər şey daha yaxşı olmalıdır ki, nəticələr də yaxşı olsun.













