15 May 2026, 13:58
FUTBOL
"Qalatasaray"ın müdafiəçisi Roland Şallai karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Matc.az xəbər verir ki, bu barədə "Takvim" nəşri məlumat yayıb.
"Aston Villa" macarıstanlı futbolçunun xidmətində maraqlıdır. Birmingem təmsilçisinin baş məşqçisi Unay Emrei Şallaini komandasında görmək istəyir. İstanbul nəhəngi 28 yaşlı sağ cinah müdafiəçisi üçün 25 milyon avro tələb edir.
Qeyd edək ki, Ronald Şallai bu mövsüm "Qalatasaray"ın heyətində bütün turnirlərdə keçirdiyi 46 oyunda 1 qol vurub, 6 qol ötürməsi edib.













