İran millisi dünya çempionatının startı ərəfəsində ciddi çətinliklərlə üzləşə bilər.

Matc.az xəbər verir ki, barədə "RMC" məlumat yayıb.

​İran Futbol Federasiyasının prezidenti Mehdi Tac bildirib ki, turnirin başlamasına 28 gün qalmış milli komandanın heç bir oyunçusu və ya nümayəndəsi Amerika vizası almayıb. 1980-ci ildən bəri diplomatik əlaqələri olmayan İran və ABŞ arasındakı gərgin münasibətlər vəziyyəti daha da mürəkkəbləşdirir.

​İran futbolunun rəhbəri yaxın vaxtlarda FIFA ilə danışıqlar aparmağı və viza məsələsinin həlli ilə bağlı zəmanət tələb etməyi planlaşdırır. FIFA prezidenti Canni İnfantinonun İran yığmasının oyunlarını təqvimə uyğun keçirməli olduğu barədə bəyanatlarına baxmayaraq, hazırda konkret irəliləyiş yoxdur.

​Həmçinin bildirilir ki, komanda biometrik məlumatların təqdim edilməsi proseduru və hazırlıq düşərgəsinə başlamaq üçün mayın 18-də Ankaraya yollanmalıdır. Sənədlərlə bağlı vəziyyət yaxın gələcəkdə dəyişməsə, İranın DÇ-2026-da iştirakı real təhlükə altına düşə bilər.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest