"Beşiktaş" mövsümün sonunda Tiaqu Calo ilə yollarını ayırmağı planlaşdırır.

Matc.az xəbər verir ki, bu barədə "Fanatik" nəşri məlumat yayıb.

Portuqaliyalı futbolçu məşqçilər korpusunun etimzadını qazana bilməyib. İstanbul klubu yayda Calo üçün gələcək təklifləri dəyərləndirəcək. 26 yaşlı mərkəz müdafiəçisi özü də daha çox oynaya biləcəyi bir kluba keçmək istəyir.

Qeyd edək ki, "Beşiktaş" Tiaqu Calonu mövsümün əvvəlində "Yuventus"dan 3,5 milyon avroya transfer edib. Müdafiəçi "ağ-qaralar"ın heyətində keçirdiyi 22 oyunda 2 qol vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest