"Borussiya"nın müdafiəçisi Daniel Svensson karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Matc.az xəbər verir ki, bu barədə insayder Əkrəm Konur məlumat yayıb.

"Mançester Yunayted" isveçli futbolçunu transfer etmək istəyir. "Qırmızı şeytanlar" Svensson üçün yaxın vaxtlarda hərəkətə keçməyi planlaşdırır. Almaniya klubu 24 yaşlı sol cinah müdafiəçisinə 35 milyon avro qiymət qoyub.

Qeyd edək ki, "Borussiya" Daniel Svenssonu 2025-ci ilin fevralında "Norşellann"dan transfer edib. İsveç millisinin üzvü bu mövsüm Bundesliqa təmsilçisinin heyətində keçirdiyi 44 oyunda 4 qol vurub, 2 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest