"Milan"ın baş məşqçisi Massimiliano Allegrinin cari mövsümün sonunda klubdan ayrılacağı ehtimal olunur.
Matc.az xəbər verir ki, bu barədə "Corriere della Sera" məlumat yayıb.
Onun mümkün gedişinin səbəbi klub rəhbərliyində əsas fiqurlardan biri olan Zlatan İbrahimoviçlə münaqişədir. Onlar növbəti mövsüm üçün üçüncü qapıçının seçilməsi ilə bağlı fikir ayrılığına düşüblər. Allegrini həmçinin İbrahimoviçin onun və "Milan"ın ən sərt tənqidçilərindən biri olan Antonio Kassano ilə isti münasibətlərindən narazı qalıb. Bundan əlavə, İbrahimoviç məşqçinin işinə müdaxilə edərək Yussuf Fofana və Rafael Leaoya taktiki məsləhətlər verib.
Konflikt aprelin əvvəlində başlayıb və bundan sonra İbrahimoviç bir neçə həftə Milanellodakı təlim-məşq bazasına getməyib. Allegri komandanın gələn mövsüm Çempionlar Liqasına vəsiqə qazanıb-qazanmamasından asılı olmayaraq "Milan"dan ayrılmaq niyyətindədir. Məşqçinin Giovanni Malaqo İtaliya Futbol Federasiyasının prezidenti seçilərsə, millini idarə etmək şansı yüksək qiymətləndirilir.
"Milan"ın Allegrinin yerinə iki namizəd müəyyənləşdirdiyi qeyd edilir.








_1778778453.jpg)
_1778777126.jpg)



