14 May 2026, 11:57
FUTBOL
"Mançester Yunayted" mövsümün sonunda müqaviləsi başa çatan Tom Hitonla bağlı qərar verib.
Matc.az xəbər verir ki, Premyer Liqa nəhəngi ingiltərəli qapıçını komandada saxlayacaq. Bu barədə "The Sun" nəşri məlumat yayıb.
Klub Hitonun sözləşməsinin müddətini uzadacaq. Yaxın günlərdə 40 yaşlı qolkiperlə 1 illik yeni müqavilə imzalanacaq.
Qeyd edək ki, Tom Hiton bu mövsüm "qıırmızı şeytanlar"ın heyətində rəsmi oyunlarda meydana çıxmayıb.



_1778759398.jpg)







_1778717518.jpg)

