"Marsel" yay fasiləsində baş məşqçisini dəyişmək niyyətindədir.
Matc.az xəbər verir ki, bu barədə "L'Equipe" nəşri məlumat yayıb.
Liqa 1 təmsilçisinin rəhbərliyi hazırkı çalışdırıcı Həbib Beyin komanda qarşısına qoyulan hədəflərə, xüsusən də Çempionlar Liqasına vəsiqə və Fransa Kubokunun finalına yüksələ bilməməsindən sonra yeni məşqçi variantlarını nəzərdən keçirmək qərarına gəlib.
Seneqallı məşqçi bu ilin fevralında 2027-ci ilin yayına qədər olan müqavilə ilə "Marsel"in sükanı arxasına keçib. Komanda onun rəhbərliyi altında 12 oyun keçirib - 5 qələbə, 1 heç-heçə və 6 məğlubiyyət.
Qeyd olunur ki, "Marsel"in artıq potensial namizədlərdən ibarət siyahısı var ki, bura Bruno Jenezio ("Lill"), Adi Hütter və Kristof Qaltye daxildir.
Mövsümün bitməsinə bir tur qalmış "Marsel" 56 xal toplayıb və Liqa 1-də 6-cı pillədə qərarlaşıb.













