13 May 2026, 17:24
FUTBOL
İtaliyalı məşqçi Valter Madzarrinin yeni iş yeri məlum olub.
Matc.az xəbər verir ki, 64 yaşlı mütəxəssis Yunanıstanda çalışacaq.
Madzarri "İraklis"lə anlaşıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Təcrübəli məşqçi II Liqa təmsilçisi ilə bir mövsümlük müqavilə imzalayıb.
Qeyd edək ki, Valter Madzarri "İnter", "Kalyari", "Napoli" kimi klublarda çalışıb.













