13 May 2026, 14:18
FUTBOL
"Feyenoord" qışda heyətinə qatdığı Rahim Sterlinqlə yollarını ayıracaq.
Matc.az xəbər verir ki, bu barədə Niderland mətbuatı məlumat yayıb.
İngiltərəli vinger ona bəslənən ümidləri doğrultmayıb. 31 yaşlı futbolçunun mövsümün sonuna başa çatan müqaviləsinin müddəti uzadılmayacaq.
Qeyd edək ki, Rahim Sterlinq bu ilin fevralından "Feyenoord"da çıxış edir. İngiltərə millisinin sabiq üzvü Roterdam təmsilçisinin heyətində keçirdiyi 7 oyunda 1 qol ötürməsi edib.







_1778675212.jpg)





