13 May 2026, 13:40
FUTBOL
"Bolonya"nın futbolçusu Conatan Rou karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Matc.az xəbər verir ki, bu barədə insayder Nikolo Skira məlumat yayıb.
23 yaşlı vingerin xidmətində bir neçə Premyer Liqa klubu maraqlıdır. Buna baxmayaraq, İtaliya təmsilçisinin rəhbərliyinin oyunçu ilə yollarını ayırmaq istəmədiyi vurğulanır. Bu səbəbdən klub onu yalnız 40 milyon avro dəyərində sərfəli təklif gələcəyi təqdirdə buraxmağa hazırdır.
Conatanın hazırkı müqaviləsi 2029-cu ilin yayına qədər nəzərdə tutulub. İngiltərəli futbolçu cari mövsümdə keçirdiyi 42 matçda 8 qol vurub və 3 məhsuldar ötürmə ilə yadda qalıb.





_1778675212.jpg)






_1777894916_1778668071.jpg)
