"Atalanta" mövsümün sonunda baş məşqçi Raffaele Palladino ilə yollarını ayıracaq.

Matc.az xəbər verir ki, bu barədə insayder Nikolo Skira məlumat yayıb.

Komandanın göstərdiyi nəticələr rəhbərliyi qane etmir. Berqamo təmsilçisi avrokuboklara vəsiqə qazana bilməyib. Klub mövsüm bitdikdən sonra italiyalı mütəxəssislə müqaviləyə xitam verəcək.

Qeyd edək ki, Raffaele Palladino 2025-ci ilin noyabrında "Atalanta"nın baş məşqçisi vəzifəsinə təyin olunub. Komanda A Seriyasında 36 turdan sonra 58 xal toplayıb və turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest