"Sportinq"in yarımmüdafiəçisi Fransişku Trinkan karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Matc.az xəbər verir ki, bu barədə "CaughtOffside" məlumat yayıb.

"Liverpul" portuqaliyalı futbolçunu transfer etmək istəyir. Mersisayd təmsilçisi artıq Trinkan üçün Lissabon təmsilçisi ilə ilkin danışıqlara başlayıb.

"Arsenal" və "Çelsi" də 26 yaşlı hücumameyilli yarımmüdafiəçi ilə maraqlanır. Klubu Portuqaliya millisinin üzvü üçün 60 milyon avroluq sərbəstqalma məbləğini tələb edir.

Qeyd edək ki, Fransişku Trinkan bu mövsüm "Sportinq"in heyətində bütün turnirlərdə keçirdiyi 52 oyunda 13 qol vurub, 18 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest