"Real"ın prezidenti Florentino Peres Federiko Valverde və Orelyen Çuameni arasında baş vermiş qalmaqal barədə danışıb.

Matc.az xəbər verir ki, "kral klubu"nun rəhbəri hadisənin ictimailəşdirilməsinin doğru olmadığını bildirib:

"Məncə, bu hadisənin ictimailəşdirilməsi baş verənlərdən daha pisdir. 26 ildir buradayam. Futbolçuların dava etmədiyi bir ilim belə keçməyib. Lakin bu cür hallar ailə daxilində qalmalıdır. Bunu kənara sızdıranlar, sadəcə bədbəxt olduqları və klubdan göndəriləcəklərini düşündükləri üçün belə edirlər. Onlar bir-birlərini təpikləyə də bilərlər, amma sonra yenə dost olurlar. Bəzilərinin yaratmağa çalışdığı bu xaos mühitinə icazə verməyəcəyəm".

Qeyd edək ki, klub baş vermiş insidentə görə hər iki futbolçunu 500 min avro məbləğində cərimələyib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest