13 May 2026, 00:15
FUTBOL
Bu gün Bizon Azərbaycan Kubokunda final oyunu keçiriləcək.
Matc.az xəbər verir ki, həlledici qarşılaşmada "Sabah" "Zirə" ilə üz-üzə gələcək.
"Palms Sports Arena"da baş tutacaq görüşü Elçin Məsiyevin rəhbərlik etdiyi hakimlər briqadası idarə edəcək.
Qeyd edək ki, kubokun yarımfinalında "Sabah" "Qarabağ"ı, "Zirə" isə "Turan Tovuz"u mübarizədən kənarlaşdırıb.
Azərbaycan Kuboku
Final
13 may (çərşənbə)
20:00. "Sabah" – "Zirə"
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Əli Əliyev
Ehtiyat köməkçi hakim: Gülnurə Əkbərzadə
VAR: Tural Qurbanov
AVAR: Rəhman İmami
Hakim-inspektor: Şahin Cəfərov
AFFA nümayəndəsi: Anar Şıxəliyev
"Palms Sports Arena"













