"Arsenal"ın müdafiəçisi Ben Uayt zədələnib.
Matc.az xəbər verir ki, bu barədə İngiltərə klubunun mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, Uayt diz bağlarından ciddi zədə alıb. Bərpa müddətinin nə qədər davam edəcəyi açıqlanmasa da, 28 yaşlı ingilis futbolçunun mövsümün qalan hissəsində London klubuna kömək edə bilməyəcəyi dəqiqdir.
Cari mövsümdə Ben Uayt bütün turnirlərdə 30 oyunda meydana çıxıb, 1 qol vurub və 2 məhsuldar ötürmə edib. Müdafiəçinin transfer dəyəri 30 milyon avro qiymətləndirilir.
Xatırladaq ki, "Arsenal" mövsümün bitməsinə 2 tur qalmış "Mançester Siti"ni Premyer Liqanın turnir cədvəlində 5 xal qabaqlayır. Bununla yanaşı, Mikel Artetanın komandası UEFA Championlar Liqasının finalına vəsiqə qazanıb və mayın 30-da Budapestdə PSJ ilə qarşılaşacaq.













