PSJ hücumçu Xulian Alvaresin transferi ilə bağlı "Atletiko" ilə danışıqlar aparır.

Matc.az xəbər verir ki, bu barədə "El Chiringuito" sosial media səhifəsində məlumat verib.

Bildirilir ki, Fransa klubu 26 yaşlı hücumçu üçün 150 milyon avrodan çox pul ödəyə bilər.

Alvares 2024-cü ilin yayından bəri Madrid klubunda çıxış edir. Bu mövsüm hücumçu bütün yarışlarda 49 oyunda meydana çıxıb, 20 qol vurub və 9 məhsuldar ötürmə edib.

Onun klubla hazırkı müqaviləsi 2030-cu ilin yayına qədərdir. "Transfermarkt" portalında futbolçunun dəyəri 90 milyon avrodur.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest