Türkiyə Super Liqasında 2026/2027 mövsümünün başlayacağı tarix məlum olub.

Matc.az xəbər verir ki, birinci turun oyunları 14, 15, 16, 17 avqust tarixlərində keçiriləcək. Bu barədə Türkiyə Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Mövsümün ilk yarısının son matçları dekabrın 18, 19, 20 və 21-də baş tutacaq. İkinci yarı isə 2027-ci ilin yanvarın 15-də başlayacaq. Super Liqada mövsümə gələn ilin 23 may tarixində yekun vurulacaq.

Qeyd edək ki, Türkiyə çempionatında 2025/2026 mövsümünün qalibi "Qalatasaray" olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest