Duşan Vlahoviçin "Yuventus"la müqaviləsi gələn ayın sonunda başa çatır.
Matc.az xəbər verir ki, tərəflər uzun müddətdir danışıqlar aparsalar da, yeni sözləşmənin bəzi şərtləri hələ də nizamlanmamış qalır.
İnsayder Nikolo Skiranın verdiyi məlumata görə, komandanın baş məşqçisi Luçano Spalletti serbiyalı futbolçunu öz layihəsinin əsas fiquru hesab edir və müqavilənin müddətinin uzadılması üçün rəhbərliyə aktiv şəkildə təzyiq göstərir. Yaxın vaxtlarda ortaq məxrəcə gəlmək üçün oyunçunun nümayəndələri ilə klub rəsmiləri arasında növbəti görüşün keçirilməsi planlaşdırılır.
Hadisələrin gedişatını Münhen "Bavariya"sı diqqətlə izləyir. Almaniya nəhəngi 26 yaşlı futbolçu Turin təmsilçisi ilə razılığa gələ bilməsə, onu azad agent statusunda transfer etmək imkanını nəzərdən keçirir.









_1778591778.jpg)



