"Komo"nun baş məşqçisi Sesk Fabreqas Madrid "Real"ında çalışmaq ehtimalı barədə fikirlərini bölüşüb.

Matc.az u "Marca" nəşrnə istinadən xəbər verir ki, ​"Barselona"nın keçmiş yarımmüdafiəçisi gələcək karyerası ilə bağlı özü üçün prinsipial məhdudiyyətlər qoymasa da, komandadakı rolu ilə bağlı dəqiq mövqeyə malik olduğunu etiraf edib:

​"Mənim üçün qırmızı xətlər yoxdur. Əvvəldən tam əmin olduğum yeganə qırmızı xətt köməkçi məşqçi olmaq istəməməyim idi. Baş məşqçi olmaq istədiyimi dəqiq bilirəm".

​İspaniyalı mütəxəssis, həmçinin "Real"a mümkün təyinatı barədə hələ düşünmədiyini vurğulayıb:

​"Madrid variantına gəlincə, bu barədə heç düşünməmişəm və bunu nəzərdən keçirməmişəm. Belə şeylər üçün sadəcə vaxtım olmayıb".

"Komo" hazırda Fabreqasın rəhbərliyi altında A Seriyasında yüksək nəticələr nümayiş etdirir. Komanda 36 turdan sonra 65 xalla 6-cı pillədə qərarlaşıb və avrokuboklara vəsiqə qazanmaq uğrunda mübarizə aparır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest